Rəsmi Bakıdan Ermənistanın balaca uşaqları əsgər kimi döyüşə cəlb etməsinə reaksiya: "Bu, müharibə cinayətidir" - VİDEO

img

24-10-2020 [22:22]


"Videoda Ermənistanın uşağı əsgər işə götürdüyü göstərilir. İstintaq tələb edilir. 15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquqlar - müqavilələr və qanunlar baxımından qadağandır və ICC tərəfindən müharibə cinayətləri kimi təyin olunur. @UNICEF @ ICRC".

Bunları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb/Report.

Xatırladaq ki, ermənilərin balaca uşaqları döyüşə cəlb etmə faktı sosial şəbəkədə ermənilərin özləri tərəfindən yayılıb. İşğalçı ölkənin Beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən videogörüntüdə Valeri adlı yeniyetmə yer alıb.

Bununla da düşmənin BMT-nin, UNİCEF-in Paris konvensiyasının uşaq hüquqları ilə bağlı konvensiya və normalarını pozması sübuta yetirilir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də məsələ ilə bağlı rəsmi tvitter hesabında paylaşım edib. Dövlət rəsmii bildirib ki, 15 yaşınadək uşaqların əsgər kimi işə götürülməsi və istifadəsi beynəlxalq humanitar hüquqlar - müqavilələr və qanunlar baxımından qadağandır və ICC tərəfindən müharibə cinayətləri kimi təyin olunur.

Qeyd edək ki, Ermənistan mediasında orduda şəxsi heyətin çatışmazlığı və əməliyyatlara yaşlı şəxslərin cəlb olunması ilə bağlı materiallar da dərc olunur. 

 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR