Paşinyandan sonra Mnatsakanyan da məşhur TV-də biabır olub
24-10-2020 [17:37]
Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan ABŞ-ın dövlət katibi Mike Pompeo ilə görüşdən sonra - oktyabrın 23-də CNN-ə müsahibə verib.
Məlumata görə, tanınmış xanım aparıcı Kristin Amanpurun qonağı olan Mnatsakaryan ona ünvanlanan çətin suallar qarşısında aciz qalıb. Müsahibənin əvvəlində o, humanitar atəşkəsi kobud şəkildə pozan və mülki şəxslərə qarşı təcavüz edən Ermənistanı müdafiə etmək üçün hər cür yolla bəhanə tapmağa çalışıb. Lakin Kristin Amanpour Mnatsakanyanın çıxışına bir neçə dəfə müdaxilə edərək, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnaməsini xüsusi qeyd edib.
Xanım Amanpur erməni nazirə eyni zamanda 2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamənin qəbulunu da xatırladıb.
Məlumat üçün deyək ki, 9 bənddən ibarət bu qətnamə BMT Baş Məclisinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair prinsipial mövqeyini bir daha ifadə edir. Sənəd Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verir, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, məcburi köçkün düşən azərbaycanlıların öz yurdlarına qayıtması üçün müvafiq şəraitin yaradılmasını özündə əks etdirir.
Erməni nazir xanım aparıcının bu sualı qarşısında özünü itirir və eynilə bir müddət əvvəl BBC-yə müsahibəsi zamanı çətin vəziyyətə düşən baş nazir Paşinyan kimi mövzunu dəyişməyə çalışır. Aparıcının növbəti sualı da Ermənistanlı naziri çıxılmaz duruma salır. Kristin Amanpur Ermənistanın Baş naziri Paşinyanın açıq-aşkar Ermənistanın işğalçılıq siyasətini özündə əks etdirən “Qarabağ Ermənistandır” açıqlamasını yada salır. O, erməni nazirdən Paşinyanın bu millətçi və təxribatçı açıqlamasının nəyə hesablandığını soruşur. “Bu açıqlama, Ermənistanın Qarabağı özünə birləşdirmək istəməsi kimi qəbul edilə bilərmi ?”- deyən xanım aparıcı nazirdən izahat verməyi tələb edir. Mnatsakanyan isə növbəti dəfə suala cavab verməkdən yayınır . O iddia edir ki, bu cür bəyanatlar verməklə Paşinyan yalnız "Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyində Ermənistanın rolunu" düşünüb. Zohrab Mnatsakanyanın dilindən səslənən bu absurd cavab bir daha rəsmi İrəvanın qorxaq siyasət yürütdüyünü ortaya qoyur.
CNN-in canlı efirində çətin vəziyyətə düşən Ermənistanın xarici işlər naziri “Qarabağ Ermənistandır” deyən baş nazirinin əslində qeyri-səmimi və təhrif olunmuş, beynəlxalq qanunlara zidd açıqlama verdiyini etiraf etmiş oldu. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir müddət əvvəl BBC telekanalında yayımlanan “HardTalk” verilişinin qonağı olarkən də oxşar vəziyyətlə qarşılaşmışdı. Verilişdə aparıcı Stiven Sakurun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi obyektiv və həqiqəti özündə əks etdirən suallara cavab verərkən də biabır olmuşdu/APA.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"