Hikmət Hacıyev: "Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur"
24-10-2020 [17:20]
"Ermənistanın öz ərazisindən Azərbaycan ordusunun bölmələrini Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan, Qubadlı və Laçın rayonları istiqamətində atəşə tutması, Ermənistan ərazisindən Azərbaycanın ərazisinə hücumların edilməsi növbəti hərbi təcavüz aktıdır".
Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bu hallar Ermənistan ərazisindən Azərbaycanın Gəncə, Mingəçevir, Kürdəmir, Siyəzən, Qəbələ, Xızı və digər şəhərlərinə, mülki insanlara və mülki obyektlərə ballistik və reaktiv raketlərlə olan təcavüzkar hücumların davamıdır: "Bu il 12 iyulda Ermənistanın dövlət sərhədinin Tovuz istiqamətində Azərbaycana qarşı hücumları da təcavüz aktı kimi qiymətləndirilmişdi. Bu kimi təcavüzkar aktlar, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu və Azərbaycana qarşı gücdən istifadə etməsi Ermənistanın açıq-aşkar Azərbaycana qarşı müharibə apardığını bir daha nümayiş etdirir. Hərbi təcavüz aktı olmaqla bərabər Ermənistanın bu kimi hərbi avantüraları siyasi təxribat və münaqişənin coğrafiyasının genişləndirilməsi məqsədini daşıyır.
Bununla, Ermənistan üzv olduğu siyasi-hərbi təşkilat çərçivəsində digər ölkələrə qarşı güc tətbiq etmək və güc tətbiq edərək hədələməkdən çəkinmək barədə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozur.
Prezidentin köməkçisi vurğulayıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən bəyan edildiyi kimi Azərbaycanın Ermənistan ərazisində heç bir hərbi hədəfləri yoxdur:
"Azərbaycan Respublikasının BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünü müdafiə məqsədilə hərbi təcavüz və hücum hallarının qarşısını almaq üçün legitim hərbi hədəflərə qarşı atmağa məcbur ola biləcəyi addımların məsuliyyəti tam şəkildə Ermənistanın üzərinə düşür".
İki ölkə Rusiyaya qarşı birləşdi: dənizaltı gəmiləri vurmaq, sualtı fiber kabelləri qorumaq... - "Bu, tarixi anlaşmadır"
Bloger ağır qəzaya düşdü, başı bədənindən ayrıldı - FOTO
Sabah yağış yağacaq
İTV rəhbəri Federasiya prezidenti seçildi
Cəbrayılda növbəti köç olub
Naxçıvan Ali Məhkəməsinə hakim təyin olunacaq - Aidə Hüseyn kimdir?
Müdafiə Nazirliyində əməliyyat: Arxiv rəisi həbs olundu
Yevlaxdakı yanğında şəhid anası ölüb, bacı-qardaşı isə xəsarət alıblar - (Yenilənib)
Daha bir qanun sərtləşdirilir
Bu qanunu pozanlar cərimələnəcək - Yeni qanun hazırlanıb
Türkiyədə klub prezidenti, məşqçi, hakim və futbolçular saxlanılıb - Açıqlama + FOTO
Caner Erkinə beş oyunluq cəza verilib
Nazir Məşğulluq Filialının müdirini vəzifədən çıxardı
2025-ci ilin dekabr ayı: güc günləri, sözlər və...
Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir
Türkiyədə qəza: 14 şagird xəsarət alıb
Türkiyənin 33 şəhərində əməliyyat: 233 İŞİD üzvü saxlanılıb
Rövşən Nəcəf DÇ-2026-nn püşkatma mərasiminə qatılacaq
"Qobu Park-1"də güclü yanğın: 4 nəfər ölüb, zəhərlənənlər var - Açıqlamalar (YENİLƏNİB)
Azərbaycan nefti cüzi ucuzlaşdı
Prezident İlham Əliyev III beynəlxalq konfransın iştirakçılarına müraciət edib - MƏTN
Vəkil Elçin Əhmədova məhkəmədə hücum olub - Xəsarət var
Ərdoğan idmançıları qəbul edib: "Biizim nəzərimizdə..." - FOTO
Türkiyə kuboku: "Alanyaspor" rəqibi darmadağın elədi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Putin Dehlidə belə qarşılandı - FOTOLAR
"Avroviziya"da qalmaqal: İsrailin iştirakı təsdiqləndi - 4 ölkə müsabiqəni boykot etdi
Rusiyada "Snapchat"a giriş də bloklanıb
Mifik təfəkkürdən süni intillekt erasına qət edilən böyük yol... - Nigar Haqverdiyeva yazır
Ceyhun Bayramov Vyanada - Kaya Kallasla görüş olub (Yenilənb)
Güzəştli mənzillərin seçimi: kiberhücum cəhdinin qarşısı alınıb
Qəzzada "çete lideri" ödürüldü - Əşirətlərlə döyüşdə
Türkiyə kuboku: "Qaziantep FK" növbəti mərhələyə yüksəldi
"Fənərbağça"nın hücumçusu "yuvadan uçur"
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatı azalıb, qızıl isə artıb - 626 milyon və...
İsrail ordusu xəritə paylaşdı, xəbərdarlıq etdi, daha sonra isə... - Livana zərbə endirilib
"Razı idim, yaxşı da maaş alırdım, gördülər ki..."
Əli Kərimliyə sovqat göndərilib
Bərdədə 15 yaşlı qızla evlənən gənc saxlanılıb
Emin Əmrullayev Gürcüstana səfər edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı