Azərbaycanda daha 792 nəfər koronavirusa yoluxub, 8 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

img

24-10-2020 [15:29]


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 792 yeni yoluxma faktı qeydə alınıb, 220 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 vəfat edib: 

"İndiyədək ölkədə ümumilikdə 49 013 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 41 051 nəfər müalicə olunaraq sağalıb, 664 nəfər vəfat edib, aktiv xəstə sayı 7 298 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 353, ötən müddət ərzində isə ümumilikdə 1 281497 test aparılıb".


Digər xəbərlər
SON XƏBƏRLƏR