Politoloq: "Siyasi birlik Azərbaycanın milli gücünü artıran, ictimai həmrəyliyi gücləndirən strateji faktordur"

img

24-10-2020 [13:25]


"Hər bir dövlətin milli gücünü müəyyən edən strateji amillərdən biri cəmiyyətin taleyüklü məqamlarda və ümummilli məsələlərdə həmrəylik nümayiş etdirə bilməsidir. Bu, ölkənin qüdrətinin keyfiyyət ünsürü və real göstəricisidir”.

Bu fikirləri Mia.az-a politoloq Nurlan Qələndərli deyib.

Politoloq  qeyd edib ki, siyasi birlik Azərbaycanın milli gücünü artıran, ictimai həmrəyliyi gücləndirən strateji faktordur:

“Azərbaycan cəmiyyəti, o cümlədən siyasi ictimaiyyət Prezident, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində qətiyyətli siyasətinə birmənalı dəstək ifadə edir: “Eyni zamanda, 50 siyasi partiyanın ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində vahid mövqedən çıxış etməsi, dövlət başçısına dəstəyini bildirməsi  xalqımızın milli həmrəylik nümayiş etdirməsinin əyani ifadəsidir. Şübhəsiz ki, bu siyasi birlik həm də ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatların, siyasi dialoq prosesinin real nəticəsidir”.

 Nurlan Qələndərli dialoq prosesinin, eyni zamanda, siyasi birliyin və milli həmrəyliyin möhkəmlənməsinə, ölkənin siyasi ictimaiyyətinin ümummilli məsələlərdə vahid mövqedən çıxış etməsinə çox mühüm töhfələr verdiyini vurğulayaraq “Bütövlükdə, ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində siyasi yekdillik nümayiş etdirilməsi milli maraqların qorunması, Azərbaycanın haqlı mübarizəsinin dəstəklənməsi, eyni zamanda, həqiqətlərin beynəlxalq ictimai rəyə təqdim olunması baxımından strateji əhəmiyyətə malikdir”,-deyə bildirib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR