Avropa Liqası: "Qarabağ" qaydanı ən çox pozan komanda olub

img

23-10-2020 [12:29]


UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turunun statistikaları açıqlanıb.

Məlumata görə, İsraildə "Makkabi"yə (Təl-Əviv) uduzan "Qarabağ" ilk oyunlardan sonra qaydanı ən çox pozan komanda olub.

Ağdam təmsilçisi 90 dəqiqə ərzində 25 dəfə "foul" edib. İsveçrə "Yanq Boyz"u 22 "foul"la ikinci, "Makkabi" (21) isə üçüncü pillədə qərarlaşıb

"Qarabağ"da Filip Ozobiç ən çox kobudluq edən futbolçudır. 29 yaşlı xorvatiyalı yarımmüdafiəçi meydanda olduğu 80 dəqiqə ərzində 5 dəfə qaydanı pozub və sarı vərəqə ilə cəzalanıb.

Komandanın digər yarımmüdafiəçisi Patrik Andrade də ən çox "foul" edən oyunçuların siyahısındadır. 90 dəqiqə meydanda olan oyunçu 4 dəfə qayda pozuntusuna yol verib və sarı vərəqə alıb.

Qeyd edək ki, qarşılaşma "Makkabi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub