Bakıda evakuator yanıb, yolda tıxac yaranıb - FOTOLAR

img

22-10-2020 [15:52]


Bakıda evakuator yanıb.

Mia.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Man" markalı evakuator qəfildən alışaraq yanmağa başlayıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb.

Baş vermiş hadisə ilə əlaqədar Bakı Dairəvi Yolunda tıxac yaranıb. Əraziyə yol polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR