Rəsmi Bakı: "Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir"
22-10-2020 [15:43]
"Ermənistanın Xarici İşlər Nazirliyinin bu ölkənin baş nazirinin “münaqişənin diplomatik həlli olmadığını” vurğulayan son açıqlamasına münasibətdə Ermənistanın mövqeyini “sülhsevər” kimi qələmə verməyə çalışan bəyanatı tamamilə cəfəngiyyatdır".
Mia.az xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, məhz Ermənistanın Azərbaycana qarşı müharibə başlatdığını, Dağlıq Qarabağ və ətraf yeddi rayonu əhatə edən Azərbaycan ərazilərini təxminən 30 ildir hərbi işğal altında saxladığını və öz doğma yurdlarından zorla qovulmuş bir milyonadək məcburi köçkünün əsas insan hüquqlarını kobud şəkildə pozduğunu xatırlatmaq istərdik:
"Ermənistanın 27 sentyabr 2020-ci ildən bəri Azərbaycana qarşı əl atdığı yeni təcavüzü beynəlxalq humanitar hüquq və Cenevrə Konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması ilə müşayiət olunur.
Müharibə zamanı törətdiyi dəhşətli cinayətlərə, o cümlədən humanitar atəşkəsi kobud şəkildə pozaraq yalnız cəbhə bölgəsində deyil, həm də münaqişə bölgəsindən çox uzaqda olan dinc Azərbaycan əhalisini və mülki infrastrukturlarını qəsdən atəşə tutmaqla törətdiyi son müharibə cinayətlərinə və insanlığa qarşı cinayətlərə görə bütün məsuliyyəti daşıyan Ermənistanın Xarici İşlər Nazirliyinin bəyanatında beynəlxalq humanitar hüquqa istinad edilməsi riyakarlıqdan başqa bir şey deyildir.
Ermənistan yanlış bəyanatlar verməklə beynəlxalq ictimaiyyəti aldatmaq cəhdindən əl çəkməlidir. Mövcud reallıq açıq-aydındır; Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalı və münaqişənin danışıqlar yolu ilə həllinə başlamalıdır. Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu ölkənin gərginliyin artması və qan tökülməsinin qarşısını almaq şansı bir o qədər çox olar".
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
ARKA-da Kinematoqrafiya haqqında qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi
Şərqşünas alimin azərbaycanlıların soyqırımına dair məqaləsi Tehranda çap olunub - FOTOLAR
Vilayət Eyvazov 238 nəfərlə bağlı rəislərə tapşırıq verib, 34 qazi isə polisə işə götürülüb - VİDEO
Sergen Yalçın sevgi hekayəsi ilə yenidən gündəmə gəldi - FOTO
Bolqarıstanda hökumət 3-cü dəfə də qurula bilmədi - Ölkə növbədənkənar seçkiyə gedir
Qəzzada savaşın 174-cü günü: ölənlərin sayı 32552 nəfərə çatıb
PKK tərəfdarları hava limanında fransız məmurlara hücum çəkib - Türkiyəyə etap olunan şəxsə görə
Aparıcı bloggerlərin dələduzluğunu ifşa elədi: "Bunların gizli “smm” xidmətləri var..."
"Mənə deyir ki, "sən kimsən əəə" - Jurnalist "Azərişıq" ASC-nın rəhbərindən şikayətlənib
Emin Ağalarov: "Putinin qərarı əsas rəhbər tutulacaq" - "Bunun üçün 150 milyon dollar lazım olacaq"
Baş Prokurorluğun keçmiş mətbuat katibi vəfat edib
İngilislərin İstanbuldakı seçki ilə bağlı proqnozu: "Müxalifət çöküb, buna görə..."
Daha bir bankı əmlakları satışa çıxarıldı
Gimnastlarımız Qran-pri turnirinə qatılacaq
Sabahın hava proqnozu açıqlandı
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
SOCAR rəhbərindən daha bir dəyişiklik - "Azneft"in baş direktoru vəzifədən çıxarıldı, yeni təyinat oldu
Səbinə Əliyeva Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
ABŞ Yəməndəki husilərin mövqeyini bombalayıb
YAP qarşıdakı seçkidə bu deputatlardan imtina edəcək? - SİYAHI
Magistraturaya qəbul: qeydiyyat başlayıb
Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verdi - Açıqlama
Lənkəranda qəza: ata və oğul ölüb
Xankəndidə silah-sursat aşkarlanıb
Pensiyaya çıxan məşhur müğənni məbləğin azlığından şikayətləndi: "Pensiyaçıların Allahdan başqa yardımçıları yoxdur..."
Fələstinli cərrah Qlazqo Universitetinin rektoru seçilib
İstanbulda magistral yolda maşın atəşə tutulub - Yaralılar var
Energetika Nazirliyində kollegiya iclası keçirilib
Azərbaycan neftinin qiyməti 87 dollara enib
ABŞ-da terror: bıçaqlı şəxs əvvəlcə maşını camaatın üstünə sürüb, daha sonra... - 4 nəfər ölüb, 5 yaralı var
Kəlbəcər rayonunda əl qumbaraları tapılıb - FOTO
Kolumbiya argentinalı diplomatları ölkədən qovdu - "Qatil, terrorçu prezident" sözünə görə
İranlı aktyor sosial media fenomeni olan nişanlısını döyüb - FOTOLAR