Bakıda evdən 130 min oğurlayan Gəncə və Bakı sakinləri saxlanılıb

img

22-10-2020 [12:13]


Bakıda mənzidən böyük məbləğdə oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə,Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsinə oktyabrın 19-da rayon ərazisindəki mənzillərin birindən 130.000 manat pulun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Hacızadə və Bakı şəhər sakini F.Kərimov müəyyən edilərək saxlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR