MN-dən düşmənin Siyəzən, Qəbələ və Kürdəmirə raket hücumu barədə növbəti - Açıqlama

img

22-10-2020 [10:11]


Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub: "Düşmənin raket hücumu nəticəsində tələfat yoxdur".


Digər xəbərlər
SON XƏBƏRLƏR