Fikrət Məmmədov dünya prokurorlarına müraciət ünvanladı
21-10-2020 [18:52]
Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü kimi Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov həmin təşkilatın Prezidentinə, Baş Katibinə, senatorlarına və İcraiyyə Komitəsinin üzvlərinə müraciət ünvanlayıb.
Ədliyyə Nazirliyindən Mia.az-a verilən məlumata görə, müraciətdə cinayətkarlıqda mübarizədə ön sıralarda dayanan və dünya prokurorlarını birləşdirən yeganə təşkilat olan Beynəlxalq Prokurorlar Assosiasiyasına Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribatları və müharibə cinayətləri barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycanın tarixi torpaqlarına ərazi iddiaları irəli sürən Ermənistan hələ 90-cı illərin əvvəllərində hərbi təcavüz törədərək Dağlıq Qarabağı və azərbaycanlıların yaşadığı ətraf yeddi rayonu işğal edib, Azərbaycan əhalisinin etnik təmizləməsini həyata keçirib. Bir milyon insan qaçqın və məcburi köçkünə çevrilib. Bu gün qaçqın problemi ilə üzləşən Avropa və dünyanın digər regionları bu humanitar fəlakətin miqyasını aydın təsəvvür edə bilirlər.
Diqqətə çatdırılıb ki, münaqişənin həlli məqsədilə yaradılmış vasitəçilik missiyası – ATƏT-in Minsk Qrupunun təşəbbüslərinə, erməni silahlı qüvvələrinin işğal altında olan ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına Ermənistan tərəfindən məhəl qoyulmayıb. Ermənistan müxtəlif bəhanələrlə davamlı olaraq münaqişənin sülh yolu ilə həllini uzadıb və ona sərf edən status-kvonu davam etdirərək özgə torpaqlarını işğal altında saxlayıb, bu ərazilərin zəngin təbii ehtiyatlarını, xüsusilə qızıl yataqlarını istismar edərək qanunsuz iqtisadi fəaliyyət göstərib. Bununla yanaşı, beynəlxalq hüquq normaları, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları kobud şəkildə pozularaq qanunsuz məskunlaşdırma həyata keçirib.
Ermənistanın yeni rəhbərliyinin açıq işğalçılığa hesablanan şüarlarla çıxışlarına beynəlxalq ictimaiyyətin reaksiya göstərməməsi təcavüzkarın əl-qolunu daha da açıb, hərbi təxribatlarını intensivləşdirib.
Müraciətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin BMT-nin Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bu məsələləri ətraflı şəkildə və dəqiq faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırması qeyd olunub.
Bildirilib ki, cəzasızlıqdan ruhlanan Ermənistan silahlı birləşmələrinin 2020-ci il sentyabrın 27-dən yaşayış məntəqələrimizi və dinc sakinlərimizi qəsdən və məqsədyönlü şəkildə ağır artilleriya qurğularından atəşə tutması nəticəsində bu günədək təkcə hərbçilərimiz deyil, eyni zamanda qadın, uşaq və ahıllar olmaqla 63 dinc sakin həlak olub, 290-dan çox mülki şəxs yaralanıb. Bundan əlavə, 2400-dən artıq yaşayış binası və mülki obyekt dağıdılıb və ya ciddi ziyan dəyib.
BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququna əsaslanmaqla ölkəmiz Ermənistanı sülhə məcbur etmək məqsədilə əks-hücum əməliyyatları aparmağa məcbur olub.
Doğma torpaqları uğrunda və yalnız öz ərazisində vuruşan ordumuzun uğurlu əks hücumunu görən Ermənistan tərəfi beynəlxalq hüquq normalarına əsasən istifadə olunması qadağan edilmiş kasset bombaları ilə dinc şəhər və kəndləri, hərbi əməliyyatlar aparılan yerdən 100 km-dən çox məsafədə olan, ərazisində Avropada ən iri bəndli su anbarlarından biri və enerji obyekti yerləşən Mingəçevir şəhərini, Avropanın enerji təhlükəsizliyində mühüm rolu oynayan neft kəmərlərini atəşə tutur, ekoloji fəlakət yaratmaq istəyir.
Ən dəhşətlisi isə, təmas xəttindən onlarla kilometr məsafədə yerləşən Gəncə şəhərinin insanların sıx məskunlaşdığı hissələrinin xüsusi dəqiqliyi ilə seçilən ballistik raketlərlə gecə yarı dəfələrlə atəşə tutulması olub.
Ermənistan ərazisindən endirilən bu zərbələr nəticəsində beynəlxalq humanitar hüququn pozulmasına, dinc sakinlərin həlak olmasına, habelə silahlı münaqişələr zamanı cinayət əmrlərinin verilməsinə, terrorizm faktlarına dair Azərbaycanın Baş prokurorluğu tərəfindən onlarla cinayət işi açılıb.
BMT-nin Baş katibi və Avropa İttifaqı yaşayış məntəqələrinə hücumları qınayan bəyanatlarla çıxış edərək onların tam qəbuledilməzliyini vurğulayıb, bildiriblər ki, mülki şəxslərin və obyektlərin atəşə tutulmasına son qoyulmalıdır.
Lakin beynəlxalq normalara məhəl qoymayan Ermənistan bu hərəkətlərdən daşınmır, əksinə münaqişəyə xarici ölkələrdən olan hərbi muzdluları cəlb edir, qanunsuz silah daşımaları həyata keçirir, Azərbaycana qarşı terrora çağırışlar yayır.
Müraciətdə nazir yüksək nüfuza malik olan dünya prokurorları birliyinin ədalətin bərpası, insanlıq əleyhinə cinayətlərin qarşısının alınması naminə səslərini bütün dünyaya ucaldacaqlarına, habelə beynəlxalq hüququn kobud pozulması hallarına qarşı öz səlahiyyətləri çərçivəsində tədbirlər görəcəklərinə ümidvar olduğunu bildirib.
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur