Azərbaycan və Ermənistan XİN başçıları Pompeo ilə görüşəcək - Erməni nazir Vaşinqtona Moskvadan uçacaq

img

21-10-2020 [09:49]


Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan Rusiyaya qısamüddətli işgüzar səfərə gedib.

Mia.az Report-a istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib.

Onun sözlərinə görə, hazırda Zöhrab Mnatsakanyan Rusiyanın paytaxtı Moskva şəhərindədir.

Qeyd edək ki, Zöhrab Mnatsakanyan ABŞ dövlət katibi Maykl Pompeo ilə görüşmək üçün oktyabrın 23-də Vaşinqtonda olacaq.

Mia.az onu da xəbər verir ki, oktyabrın 23-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun da Vaşinqtonda ABŞ-ın dövlət katibi Mayk Pompeo, eləcə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi nəzərədə tutulur.

Bu barədə dünən Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR