"Nar" Gəncə sakinlərini ödənişsiz danışıq dəqiqələri və SMS-lə təmin edib​​​​​​​

img

20-10-2020 [18:50]


Azərbaycanın mobil rabitə operatoru “Nar” şirkəti Gəncədə yaşayan abunəçilərini ödənişsiz danışıq dəqiqələri ilə təmin edib.

Şirkətdən Mia.az-a verilən məlumata görə, doğmaları ilə rahatlıqla ünsiyyət qura bilmələri üçün Gəncədə yaşayan bütün “Nar” abunəçilərinin balansına mobil operator tərəfindən 100 ölkədaxili dəqiqə və 100 SMS yüklənilib.

Qeyd edək ki, mobil operator bundan öncə də cəbhəyanı ərazilərdə olan istifadəçilərinə dəstək olmaq və onların ruh yüksəkliyinə töhfə vermək məqsədilə, Milli Müstəqillik Günündə minlərlə “Nar” ödəmə kartlarının və Azərbaycan bayraqlarının paylanmasını təşkil edib. Eyni zamanda cəbhəyanı rayonlarda yaşayan abunəçilərin balansına “Nar” tərəfindən 100 ölkədaxili dəqiqə və 100 SMS yüklənilib.

“Nar” bundan sonra da sosial öhdəliyinə sadiq qalaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda davam edən hərbi əməliyyatlar dövründə zərərçəkmiş əhaliyə dəstəyini davam etdirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR