Daha 37 dövlət əmlakı özəlləşdirilməyə çıxarılacaq

img

20-10-2020 [13:18]


17 noyabr tarixində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac təşkil ediləcək.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, hərraca 37 dövlət əmlakı çıxarılacaq. Bunlardan 24-ü kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.

Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılacaq dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri və istehsal müəssisələridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR