TBMM Sədri Milli Məclisdə: "Sevincimizi olduğu kimi, kədərimizi də paylaşmağa gəldim"

img

20-10-2020 [11:23]


“İlk olaraq, 1990-cı illərin əvvəlindən etibarən Qarabağ davasına sahib çıxan və bu gün Azərbaycanın haqlı davasına dəstək olan cənab Ərdoğanın parlament nümayəndələrinə və bütün Azərbaycan xalqına salamını gətirdim”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, Azərbaycanın haqlı davasına dəstək verən fərqli partiyaların nümayəndələri də səfərdə onu müşayiət edir: “Bütün millət vəkillərimizin iştirakı ilə keçiriləcək ictimai iclası Qarabağ işğaldan azad ediləndən sonra Qarabağda edək. TBMM-də olan millət vəkilləri də bu gün burada iştirak etmək istəyirdilər. Sevincimizi olduğu kimi, kədərimizi də paylaşmağa gəldim. Qardaş Azərbaycana yönələn Ermənistan hücumlarını pisləyirəm. Bu hücum nəticəsində şəhid olanlara Allahdan rəhmət diləyirəm. Əziz Azərbaycan xalqına başsağlığına verirəm”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR