Türkiyə klubunun prezidentinə hücum olub

img

19-10-2020 [15:36]


Türkiyənin "Kayserispor" klubunun prezidenti Berna Gözbaşı hücuma məruz qalıb.

"Report" klubun rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, hadisə Superliqada V turun "Sivasspor"la ev oyununda gerçəkləşib.

"Skybox"da Berna Gözbaşının qızı və digər ailə üzvləri olub.

Qeyd edək ki, qarşılaşma "Kayserispor"un 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Sivasspor" "Qarabağ"ın Avropa Liqasının I qrupundakı rəqiblərindən biridir. Ağdam təmsilçisi bu komanda ilə ilk oyununu noyabrın 5-də səfərdə, təkrar qarşılaşmasını isə noyabrın 26-da evdə keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR