İMF: "Bu il Qafaz və Mərkəzi Asiya regionunda iqtisadi geriləmə qeydə alınacaq"

img

19-10-2020 [14:49]


"Bu il Qafaz və Mərkəzi Asiya (Caucasus and Central Asia – CCA) regionunun neft ixrac edən ölkələrində 1,6%-lik iqtisadi geriləmə qeydə alınacaq".

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur (Jihad Azour) “Regional Economic Outlook: Middle East and Central Asiya” hesabatının oktyabr buraxılışının təqdimatında deyib.

J.Azurun sözlərinə görə, 2021-ci il üçün isə bu regionda olan ölkələrin real ÜDM-də 3,5%-lik artım baş verəcək.

Adıçəkilən hesabata görə, bu il Azərbaycanın da daxil olduğu CCA regionunun neft ixrac edən ölkələrinində qeyri-neft sektorunun ÜDM-ə olan nisbətində 1,6%-lik geriləmə olsa da 2021-ci ildə 3,6%-lik irəliləyiş baş verəcək.

IMF rəsmisi regionun neft ixrac edən ölkələrində orta inflyasiya proqnozlarını da açıqlayıb: “2020-ci ildə ortalama 7,9%-lik, 2021-ci ildə isə 6,8%-lik inflyasiya qeydə alınacağını proqnozlaşdırırıq".

Onun sözlərinə görə, fiskal balansa gəldikdə isə bu il 4,6%-lik geriləmə olacaq, növbəti il isə bu geriləmə 3,1%-ə bərabər olacaq. Cari hesab balansının ÜDM-ə nisbəti 2020-ci ildə 3,3%, 2021-ci ildə isə 3,1% geriləyəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA