MİA Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, xəsarət almış Fəridə Dadaşova xəstəxanaya yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib və Dadaşova ölüb.
Çəkiliş üçün hadisə yerinə gəlmiş "Azad Azərbaycan" (ATV) televiziyasının operatoru Əli İbrahimov çəkiliş apararkən Zaur Zərbəliyev hücum edib, videokameranı sındırıb və onu döyüb. Faktla əlaqədar Şirvan Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.