Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru vəzifəsinə ilk dəfə olaraq qadın seçiləcək.
Bu barədə ÜTT-nin rəsmi saytında bildirilir.
Məlumatda qeyd olunub ki, bu vəzifəyə namizədlərin sayı 5-dən 2-yə rnib. Onların sırasında Nigeriyadan olan nümayəndə Nqozi Okonco-İveala və Cənubi Koreyanın nümayəndəsi Yu Mön Hidir.
Məlumatda qeyd olunur ki, beləliklə, ÜTT-nin yeddinci baş direktoru qadın olacaq və bu da təşkilat üçün tarixi bir hadisədir/APA.