Mia.az xəbər verir ki, bu haqda Avropa.info-ya jurnalistin qardaşı Aqil İslamov məlumat verib. Qardaşı deyib ki, Sahibin komadan nə vaxt çıxacağı bəlli deyil:
"Həkimlər deyirlər ki, İnşallah gələn həftə Sahibin komadan ayılmağı baş verə bilər. Amma dəqiq heç kim bir söz deyə bilmir. Həkim həmçinin deyir ki, bu koma vəziyyəti bir ay da çəkə bilər.Hər şey Allahdandır, gözləyirik. Həkimlər həmçinin qeyd edirlər ki, əsas çətinliklər Sahibin komadan ayılmasından sonra başlanacaq. Bədəninin demək olar ki, bütün hissələrində əməliyyat həyata keçiriləcək"