"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub.
Mia.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveç "Molde"sini mübarizədən kənarlaşdırsa, “Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi üz-üzə gələcək.
Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.