Türkiyə "Qalatasaray"ının baş məşqçisi Fatih Terim UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə rəqib olmalarına qeyri-adi formada reaksiya verib.

"Gsgazete.com" xəbər verir ki, püşkatma mərasimini canlı izləyən 67 yaşlı mütəxəssis Azərbaycan təmsilçisinin adını görəndə buna çox sevinib: "Neftçi" ilə rəqib olduq? Yaxşıdır. Heç olmasa, həmyerlilərimizi, can qardaşlarımızı tapdıq".

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq/Report.