"Keşlə" UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı Albaniya "Laçi"si ilə oyun üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.
Mia.az xəbər verir ki, paytaxt təmsilçisinin açıqladığı siyahıda 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 2 hücumçu var.
Qeyd edək ki, avqustun 27-də Bakıda "ASK Arena"da keçiriləcək "Keşlə" - "Laçi" görüşü saat 21:00-da başlayacaq.