“Muştuluğu sizinlə paylaşmaq istəyirəm. Türkiyə tarixinin ən böyük təbii qaz kəşfini Qara dənizdə gerçəkləşdirdi”.
Mia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
O bildirib ki, Türkiyənin “Fateh" kəşfiyyat gəmisi iyulun 20-də başladığı kəşfiyyatla 320 milyard kubmetr təbii qaz rezervi kəşf edib: "Hədəfimiz 2023-cü ildə Qara dəniz qazını millətimizə təqdim etməkdir”.