UEFA Çempionlar Liqasında 1/4 final mərhələsi çərçivəsində "Mançester Siti" klubu ilə Fransa "Lion"u üz-üzə gəlib. Qarşılaşma Portuqaliyanın paytaxtı Lissabondakı “Joze Alvalade” stadionunda baş tutub.
Mia.az xəbər verir ki, 3:1 hesabı ilə qələbə qazanan "Lion" yarımfinala yüksəlib.
Görüşdə hesab 24-cü dəqiqədə açılıb. "Lion"un heyətində Maksvel Korne fərqlənib.
Bununla da "Lion" yarımfinalda "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sı ilə qarşılaşacaq.
Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.