UEFA Avropa Liqasında iynayacaq"Sumqayıt" komandası heyəti yeni futbolçu ilə gücləndirib.
Klubun Mətbuat xidmətindən verilən məlumata görə, son olaraq İran təmsilçisi "Sepahan"da çıxış edən Əli Qurbani ilə 1+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Əli Qurbani karyerası ərzində ölkəsində "Nassaci", "Qahar", "Naft Tehran", "Esteqlal" klublarının da formasını geyinib. Hücumçu 2018/2019 mövsümündə Slovakiyanın "Spartak" (Trnava) klubunun şərəfini qoruyub.