İspaniya "Atletik"i komanda üzvləri arasında keçirilən koronavirus testlərinin nəticələrini açıqlayıb.

Xəbərə görə, Bilbao təmsilçisinin 6 futbolçusunda infeksiya aşkarlanıb.

Analizi müsbət çıxan oyunçulara artıq məlumat verilib və onlar özlərini təcrid ediblər.

Qeyd edək ki, təkrar testləşdirmə avqustun 14-də keçiriləcək/Report.