Sovet dövründə alim olmaq istəyən gənc elm adamlarından birinin müdafiəsində maraqlı hadisə baş verib. İndi ölkənin tanınmış ziyalılarından biri olan həmin şəxs öz çıxışını başa çatdırandan sonra ön sıra-da əyləşmiş qoca professor ayağa qalxaraq, gənc həmkarını küçə söyüşləri ilə təhqir edib. Sağında-solunda əyləşmiş adamlar həmin professoru sakitləşdirəndən sonra niyə belə qəzəbli olduğunun səbəbini soruşublar. Qocaman alim yaşına və başına yaraşmayan üslubda cavab verib: "Bu əclaf mənim kitabı-mı olduğu kimi köçürüb".
Çıxılmaz vəziyyətdə qalan gənc aspirant plagiatlıq etdiyini boynuna alıb. Hamının təəccüblə ona baxdığını görəndə isə belə deyib: "Allaha and olsun ki, bu kişidən bir cümlə də oğurlamamışam. Mən, rus alimi Primakovun 20 il əvvəl yazdığı kitabın bir neçə fəslini köçürmüşəm". Beləliklə, məlum olub ki, bayaqdan sinəsinə döyən professor bir neçə il əvvəl Primakovun əsərini oğurlayaraq, öz adına çap etdirib.
Kütləvi şəkildə ali təhsil almaq ənənəsi sovet dövründən miras qalıb. Təkcə Bakıda deyil, hətta ucqar ra-yonlarda da insanlar əllərində olan pulu son qəpiyinə kimi universitet müəllimlərinə verib, övladlarını ali məktəblərə düzəltdirirdilər. Bir müddət əvvəl də yazdığım kimi, qəbul imtahanlarının vaxtı elan olunan-dan sonra bizim kənddə mal-qaranın "soyqırımı" başlayırdı. Sovet quruluşu dağılsa da, bu ənənə orta-dan qalxmadı. Təkcə sıravi vətəndaşlar deyil, hətta az-çox tanınan insanlar da sovet dövrünə xas olan bu mənfi streotipdən xilas ola bilmirlər. İndi Azərbaycan parlamentində elmi titulu olmayan bir-iki adam tapıla, ya tapılmaya. Hətta 20-dən çox deputat doktorluq dissertasiyası müdafiə edib. Eşitdiyimə görə, icra başçılarının əksəriyyəti çoxdan müdafiə edərək, fəlsəfə doktoru olublar. Hətta polis rəisləri, proku-rorlar da alim adı alıblar. Pul çoxlarını adam edə bilməsə də, alim edir.
Azərbaycanda az-çox pulu olan adamların hamısı diplom sahibidir. Bakıda ali məktəbə qəbul ola bilmə-yən gənclərin çoxu Rusiyanın, Ukraynanın universitetlərində "oxuyurlar". Rus dilində iki kəlmə danışa bilməyən adam Sankt-Peterburqda universitet "bitirib". Azərbaycanlılar pullarını Rusiyanın dələduz elm adamlarının ayaqları altına səpməklə məşğuldurlar. Hətta bu yaxınlarda müğənni Rəksanə də bəyan et-di ki, Moskvada hüquq təhsili alır. Şou-biznesdən yazan bir həmkarım isə iddia edir ki, Rəksanə "yurist" sözünün tərcüməsini bilmir...
Ötən həftə ANS-də "Açıq Söhbət" verilişinin qonağı idim. Mənə opponentlik edən şou-biznes nümayəndələri sinələrinə döyürdülər ki, bir neçə universitet qurtarıblar. Gənc müğənni Günay İbrahimli dedi ki, iki ali məktəb bitirib, hazırda Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsidir. Verilişin axırında isə məlum oldu ki, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsi olan Günay xanım bəstəkar Xəyyam Mirzəzadəni tanımır. Neçə gündür məni bir sual düşündürür: görəsən, diplom almaq bu adamların nəyinə lazımdır? Onsuz da kimin hansı ağlın sahibi olduğu ağzını açanda bəlli olur...
Adam ola bilməyənin alim olması
DİGƏR XƏBƏRLƏR
2024-11-27 20:47
2024-11-19 15:52
2024-11-14 09:11
2024-11-13 14:03
2024-11-11 17:10
2024-11-10 16:57