UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq daha 2 Azərbaycan təmsilçisinin oyunlarının başlama saatı müəyyənləşib.
Mia.az xəbər verir ki, "Sumqayıt" - "Şkendiya" (Makedoniya) görüşü saat 20:00-da start götürəcək.
"Keşlə" - "Laçi" (Albaniya) qarşılaşması isə saat 21:00-da başlayacaq.
Qitənin ikinci dərəcəli klub turnirindəki digər Azərbaycan təmsilçisi "Neftçi"nin Makedoniya "Şkupi"si ilə oyununun başlama saatı daha əvvəl açıqlanıb. Matçın startı saat 20:00-da veriləcək.
Hər 3 matç avqustun 27-də oynanılacaq.