Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mia.az Mərkəzi Banka istinadla xəbər verir ki, ABŞ dollarına tələb iyulun 6-na nisbətən 5,3 milyon ABŞ dolları və yaxud, təxminən, 8,9% azalaraq 53,8 milyon ABŞ dolları təşkil edib. Tələb tam ödənilib.