Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 21,6 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.
Bu barədə Mia.az-ın Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə ixrac olunan elektrik enerjisinin dəyərində 18,9% azalma qeydə alınıb.