"Qarabağ"ın yeni transferi Kevin Medina artıq Bakıya gəlib.
Mia.az xəbər verir ki, 27 yaşlı kolumbiyalı müdafiəçi bu barədə "Instagram" hesabında paylaşım edib.
Oyunçu Bakı Olimpiya Stadionunun fotosunu paylaşıb. Medina rəsmi müqavilə imzaladıqdan sonra təlim-məşq toplanışı üçün Qəbələyə yollanacaq.