“Zirə” klubu daha iki futbolçusu ilə yollarını ayırıb. 

Mia.az xəbər verir ki, komanda rumıniyalı müdafiəçi Adrian Skarlatake və Nicat Süleymanovla vidalaşıb. 

Qeyd edək ki, Adrian Skarlatakenin klubla müqaviləsi başa çatıb, Nicat Süleymanov isə icarə əsasında "Zirə"də çıxış edirdi, o daha sonra müqavilə ilə məxsus olduğu "Qarabağ"la da yollarını ayırıb.