Zərdab rayonunda 3 nəfər Kür çayında batıb.
Məlumata görə, Kür çayının Zərdab rayonu, Burunlu kəndi ərazisindən keçən hissəsində 1990-cı il təvəllüdlü Yusifov Cavid Arzu oğlu, 2005-ci il təvəllüdlü Hüseynov Rahil Mahir oğlu və 2006-cı il təvəllüdlü İsmayılova Nahidə Rəşadət qızı batıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub/Report.
***
Məlumata görə, Kür çayının Zərdab rayonu ərazisindən keçən hissəsində batan şəxslərdən birini - 14 yaşlı Nahidə İsmayılovanın meyiti xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Hazırda digər iki nəfərin də axtarışları aparılır.