İranın "İstiqlal" klubunda koronavirusa kütləvi yoluxma halı baş verib.

IRNA xəbər verir ki, 61 nəfərdən götürülmüş analizlərdən sonra 12 nəfərdə infeksiya aşkarlanıb.

Bunlardan 11-i futbolçu, 1-i isə komandanın tibb personalıdır. Virusa yoluxan şəxslərin adları açıqlanmayıb/Report.