Belarusda son sutka ərzində 273 nəfərdə koronavirus aşkar edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bununla ölkədə COVID-19 xəstələrinin ümumi sayı 63 270 nəfərə çatıb.

Son gün ərzində 6 COVID-19 xəstəsi ölüb və virus qurbanlarının sayı 418 nəfərə çatıb.