«Azadlıq radiosu»nun əməkdaşı Xədicə İsmayılla «İki Sahil» qəzeti və həmin qəzetin müxbiri Taleh Bağırovun arasındakı məhkəmə çəkişməsinin növbəti mərhələsinə start verilib.
Mia.az-a məhkəmədən
daxil olan məlumata görə, Xədicə İsmayıl sözügedən qəzetdə Taleh Bağırovun imzası ilə dərc olunan yazıda şərəf və ləyaqətinə, işgüzar nüfuzuna toxunan məqamların olduğunu iddia edərək, məhkəməyə müraciət edib. Ancaq birinci instansiya məhkəməsi onun iddiasını təmin etməyib: «Xədicə İsmayıl da Yasamal rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verib. Hazırda onun şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə araşdırılır».
Məlumata görə, hakim İkram Şirinov Xədicə İsmayılın «İki Sahil» qəzetinə və Taleh Bağırova qarşı «Şərəf, ləyaqət və işgüzar
nüfuzun müdafiəsi və mənəvi zərərin əvəzinin ödənilməsi»ndən bəhs edən şikayətinə oktyabrın 23-də
baxacaq.
Onu da qeyd edək ki, X.İsmayıl oxşar iddia ilə «Səs» qəzetinə qarşı da iddia qaldırsa da, məhkəmə onun bu qəzetə qarşı tələblərini təmin etməyib.
span lang="AZ-LATIN" style="font-size:14.0pt;mso-ansi-language:AZ-LATIN"