Baş prokurorluqda yeni təyinatlar olub.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Natiq Eyvazov - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi təyin edilib/APA.

 Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən, Rövşən Əliyev Bakı şəhər Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi təyin edilib/Report.