Bu gün Bakıdan İslamabada xüsusi təyyarə ilə 159 Pakistan vətəndaşı yola salınıb.

Pakistanb səfirliyindən Mia.az-a verilən məlumata görə, həmin şəxslərin əksəriyyəti ölkəmizə qısamüddətli viza ilə gəlmiş, karantinlə bağlı beynəlxalq uçuşlar dayandırıldığı üçün vətənə qayıda bilməmiş iş adamları və turistlərdir: “Xoşməramlı addım olaraq elə həmin təyyarə ilə Pakistanda olan 12 Azərbaycan vətəndaşı da geri qaytarıldı. Biz əməkdaşlığa, dəstəyə görə, habelə vətəndaşlarımızı maneəsiz geri qaytardıqlarına görə Azərbaycan hökumətinə minnətdarıq”