Azərbaycanda iki vəkildə koronavirus aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə məlumatı Vəkillər Kollegiyasının sədri Anar Bağırov yayıb.

Bildirib ki, VK-nın 2 vəkili koronavirusa yoluxub və onlar ev şəraitində müalicə olunur.

Məlumata görə, koronavirusa yoluxan vəkillər Çimnaz Eyubova ilə Ramin Hacıyevdir.