Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 304 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Bildirilib ki, indiyədək ölkədə ümumilikdə 16 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 9 026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 7 200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir".