Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxan ikinci əməkdaşı da sağalıb.
Mia.az xəbər verir ki, bunu Dövlət Komitəsinin Mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib.
O xatırladıb ki, Diasporla İş üzrə Dövlət Komitəsini virusa yoluxan 2 əməkdaşından biri bir neçə gün əvvəl tam sağalaraq xəstəxanadan evə buraxılıb: "Artıq digər əməkdaşımızın da sağaldığı xəbərini aldıq. Bu bəlaya düçar olan hər bir insanla bağlı belə xoş xəbər eşitmək arzusundayıq. Peşəkar həkimlərimizə çox-çox təşəkkür edirik. Bütün dünyanın bu qlobal problemə qalib gəlməsini arzulayırıq”.