Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov vəfat edib.
Mia.az xəbər verir ki, bu barədə deputat Fazil Mustafa nəlumat paylaşıb.
Deputat bildirib ki, N.Məmmədovla tələbə yoldaşı olub:
"55 yaşlı hakim Astarada müalicə aldığı xəstəxanada koronavirusdan vəfat edib. Çox dəyərli bir insandı, əziz dostumuzdu. Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!”.