Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Elman Səmədova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası Katibinin Xidmətinin Hərbi təhlükəsizlik məsələləri şöbəsinin müdiri Elman Mühyəddin oğlu Səmədova general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki,  Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri keçmiş Daxili İşlər naziri Ramil Usubovdur.