Azərbaycanda bir neçə polis əməkdaşı koronavirusdan sağalaraq evə buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov məlumat yayıb.

O ildirib ki,, hazırda koronavirusa yoluxan polis əməkdaşları müalicələrini davam etdirirlər: “Bildiyiniz kimi, xidmətdə olan zaman polis əməkdaşlarından koronavirusa yoluxanlar da oldu. Onlardan sağalıb evə buraxılanlar da var, hazırda xəstəxanalarda müalicə alanlar da var. Lakin həmin polis əməkdaşlarının sayını deyə bilmərəm”.