Millət vəkili Erkin Qədirlinin koronavirus testi neqativ çıxıb
Mia.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib.
Bildirib ki, sırağagün Milli Məclisdə koronavirus testindən keçib:
"Cavabı "neqativ" oldu. Yəni, yoluxmamışam. Bunu niyə yazdım?
Əslində, bundan əvvəl də 2 dəfə testdən keçmişdim, amma yazmadım. Çünki, onda durum indiki qədər ağır deyildi. Bu gün isə nəticəmi paylaşdım ki, mənimlə ünsiyyətdə olmuş hər kəs rahat ola bilsin. Epidemiya dönəmində sağlamlıq haqq olmaqdan çıxıb öhdəliyə çevrilir. Belə dönəmdə yalnız özümüz üçün deyil, başqaları üçün də sağlam qalmalıyıq. Özünüzü qoruyun!”.