"Mən Senatda dəstəklənməyən Con Boltona şans verdim".

Bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"də bildirib.

“Mən həmişə fərqli fikirləri dinləməyi xoşlayıram. Daha sonra onun (Con Bolton-red) çox səriştəsiz və yalançı olduğu meydana çıxdı. Hakim rəyinə baxın!”, - deyə D. Tramp qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri C. Boltonun memuarından hissələr dərc edilib. Bu memuarda D. Trampla bağlı ziddiyyətli məqamlar yer alıb/APA.