Sanitar rejiminin qaydalarına riayət etmək məqsədilə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları sakinlərin daha sıx toplaşdığı, hərəkətin intensiv olduğu ərazilərdə maarifləndirici söhbətlər aparıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, vətəndaşlara tibbi maskalar paylanılıb.
Karantin rejiminin qaydalarını pozanlar barəsində inzibati qaydada tədbirlər görülür.