Polisə çağırılan ictimai fəal Bəxtiyar Hacıyev sərbəst buraxılıb.
Mia.az xəbər verir ki, bu barədə sosial şəbəkədə onun dostları məlumat və foto paylaşıb.
Xatırladaq ki, onun deputat Fazil Mustafanın şikayəti əsasında paytaxt polisinə dəvət olunması haqda xəbər yayılıb.
B.Hacıyevin özü isə bildirib ki, paytaxt polisində F.Mustafanın şikayətinə görə izahatı alınıb: "İzahat verdim, çıxdım".
Fəal qeyd edib ki, o da deputatdan şikayət edib.