“Hər birimizin ayrı-ayrılıqda sağalması və ya xəstələnməməsi kifayət deyil. Azərbaycan bütöv bir bədəndir, ona görə də bütövlükdə Azərbaycan sağalmalıdır”.

Mia.az xəbər verir ki, bunu TƏBİB-in mətbaut katibi Rəvanə Əliyeva sosial şəbəkədəki hesabında yazıb.

Sözçü bildirib ki, yaranmış vəziyyətə görə hər kəs cavabdehdir:

“Mən sizin yoluxmamağınıza, siz o birinin, o biri digərinin... Hər birimiz maska taxaraq məsafə saxlayıb özümüzü qorumaqla, digərlərini, eləcə də Azərbaycanımızı qorumuş olacağıq. “Özünü qoru, çevrəni xilas et” Media Hərəkatına qoşulun, vətəndaş olaraq birlikdə qalib gələk!”.